Вернуться назад Распечатать

Nazir Rəşad Nəbiyev Çexiyanın nəqliyyat naziri ilə görüşüb - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çexiyanın nəqliyyat naziri İvan Bednarik ilə görüşüb. 

1xeber.media xəbər verir ki, görüşdə Azərbaycan–Çexiya nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı, beynəlxalq yükdaşımaların artırılması və Orta Dəhlizin təşviqi məsələləri müzakirə olunub. 

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Beynəlxalq Nəqliyyat Forumunun fəaliyyəti və Azərbaycanın sədrliyi dövründə əldə olunan nəticələr barədə fikir mübadiləsi aparılıb.