Вернуться назад Распечатать

Etibar Əliyevdən ADNSU rəhbərliyinə üstüörtülü tənqid

Sabiq deputat və təhsil eksperti Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) və onun rektoru Rüfət Əzizovu növbəti dəfə ad çəkmədən tənqid edib.

1xeber.media xəbər verir ki, E. Əliyev ADNSU tələbələri arasında Prezident təqaüdçülərinin olmamasını universitetin idarəçilik məsələləri ilə əlaqələndirib.

O, sosial şəbəkə hesabında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı Ali Neft Məktəbini müqayisə edərək yazıb:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 106, Bakı Ali Neft Məktəbinin (BANM) isə 15 yaşı var.

BANM-ın 35 Prezident təqaüdçüsü var, ADNSU-nun isə “sıfır”.

Bu fakt onu göstərir ki, universitetin evolyusiyası üçün yeni təfəkkürə malik olmaq və dövrün universitet paradiqmalarını dərk etmək lazımdır.

Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq işləmir. Məzhəkə yaradır.

Bəzən də belə hərəkətlər tragediyaya (yunanca – “keçi nəğməsi”) bənzəyir.

Sadəcə, tragediya janrında müasir pyeslər yazıb səhnələşdirmək lazımdır”.