İrana qarşı sanksiyalara və iqtisadi təzyiqlərə qarşı mübarizə hazırda silahlı qarşıdurmadan daha vacib vəzifədir.
1xeber.media xəbər verir ki, bunu İran İslam Respublikasının parlamentinin (Məclis) sədri Məhəmməd Baqır Qalibaf bildirib.
“Bu gün iqtisadi müharibə hərbi qarşıdurmadan və ya kiber müharibədən daha vacibdir”, – deyə Qalibafın bildirib.
Onun fikrincə, iqtisadi təzyiq İrana qarşı müharibənin əsas istiqamətidir. Ölkə hakimiyyətinin başlıca vəzifəsi isə düzgün qərarlar qəbul etmək və dövlət idarəçiliyində sabitliyi təmin etməkdir.
İran parlamentinin sədri deyib ki, İslam Respublikası əvvəlki hadisələri diqqətlə təhlil edir, hökumət və parlament isə mövcud vəziyyətdən çıxış yolları tapmağa çalışır.
Qalibafın sözlərinə görə, hazırda bütün qərarların qəbulunda ən mühüm prioritet iranlıların və silahlı qüvvələrin rifahıdır.
O vurğulayıb ki, dövlət müharibənin və İrana qarşı tətbiq edilən sanksiyaların yaratdığı təzyiqlər fonunda əhalinin normal həyat şəraitinin mümkün qədər qorunmasını təmin etməlidir. Əhalinin gündəlik həyat şəraiti təzyiqlərin təsirinə məruz qalan sonuncu sahə olmalıdır.