Вернуться назад Распечатать

Direktorun avtomobilini belə yandırıblar - VİDEO

Bakının Qaradağ rayonunda məktəb direktoruna məxsus avtomobili yandıran şəxs həbs edilib.

1xeber.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 12-də Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.

Nəticədə avtomobili yandırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən edilərək həbs edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

[media=]