Вернуться назад Распечатать

Tərlan Quliyev vəfat etdi

Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. 

1xeber.media  xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayılıb.

Qeyd edək ki, T.Quliyev Azərbaycan ədəbiyyatşünaslığının inkişafına mühüm töhfələr verib, klassik ədəbiyyatımızın, əruz vəzninin, qafiyəşünaslığın və mətnşünaslığın tədqiqində özünəməxsus xidmətləri ilə seçilib.

O, eyni zamanda, “Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsinin müasir Azərbaycan əlifbasına çevrilərək nəşr olunması ilə mətnşünaslıq sahəsində də mühüm işlər görüb.