“Sabah” Çempionlar Liqasında ilk ev oyununa çıxır
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək.
1xeber.media xəbər verir ki, “Sabah” turnirdə ilk ev oyununa çıxacaq.
Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idarə edəcəklər.
Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya)
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu
***
Komandaların start heyətləri bəlli olub:
“Sabah”: 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 4 Eyden Makkarti, 80 Akim Zedadka, 27 Timoteuş Puxaç, 7 Umarali Raxmonaliyev, 13 İvan Lepiniça, 37 Du Keyros, 11 Kahim Parris, 21 Velko Simiç, 20 Coy Lens Mikels
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 10 Aleksey İsayev, 16 Rauf Rüstəmli, 17 Tellur Mütəllimov, 33 Junior Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş , 99 Patrik Mbina
“Slaviya”: 35 Markoviç, 6 N'Qessan, 3 Holeç (k), 4 Zima, 23 Sadilek, 16 Moses, 27 Viçek, 10 Şturm, 25 Xori, 20 Ayaosi, 17 Provod
Ehtiyat oyunçular: 29 Domkaç, 40 Rezek, 8 Kubiak, 13 Xitil, 14 İsife, 15 Suleyman, 22 Diakite, 30 Novak, 47 Barçot, 53 Kotrba, 60 Potmeşil