Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı Səfirliyi “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.
Səfirlik tərəfindən edilən paylaşımda bildirilib ki, Niderlandın XİN rəhbərinin ölkəmizə rəsmi səfəri oktyabrın 26-da baş tutacaq.