Вернуться назад Распечатать

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq.

1xeber.media xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsinin və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.