Вернуться назад Распечатать

Çin və Şimali Koreya yeni körpünü açır

1xeber.media xəbər verir ki, Çin və Şimali Koreyanı birləşdirən Yalu çayı üzərindəki yeni körpünün oktyabrın 15-də istifadəyə verilməsi planlaşdırılır.

Reuters-in məlumatına görə, layihənin Çin tərəfində tikinti işləri hələ 2014-cü ildə tamamlanıb. Lakin Şimali Koreyada giriş yolları və gömrük infrastrukturu ilə bağlı işlərin gecikməsi körpünün açılmasını uzadıb.

Yeni körpünün istifadəyə verilməsi iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə şərait yarada bilər. Çinlə Şimali Koreya arasında iqtisadi mübadilənin bərpası fonunda layihə sərhədyanı daşımaların sürətləndirilməsi baxımından da əhəmiyyət daşıyır.