1xeber.media xəbər verir ki, Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti MI5 Rusiyanın və İranın ölkəyə qarşı hibrid fəaliyyətini gücləndirdiyini iddia edib.
Reuters-in məlumatına görə, MI5 rəhbəri Ken Makkallum çıxışında kritik infrastruktura qarşı təhdidlər, kiberhücumlar və Avropada pilotsuz uçuş aparatları ilə bağlı insidentlərə diqqət çəkib.
Britaniya tərəfi İranla əlaqələndirilən təhlükələrin hərbi obyektlərə də yönələ biləcəyindən narahatdır. Xüsusilə RAF Fairford aviabazası ətrafında yaranmış təhlükəsizlik vəziyyəti diqqət mərkəzindədir. Tehran isə ona qarşı irəli sürülən ittihamları rədd edir.
Makkallum süni intellektin terrorçular tərəfindən istifadə edilməsinin də əlavə risklər yaratdığını bildirib. Onun sözlərinə görə, yeni texnologiyalar həm kəşfiyyat imkanlarını, həm də kiberhücumların potensialını artıra bilər.