Вернуться назад Распечатать

ABŞ məhkəməsindən Ağ Evə media ilə bağlı qərar

1xeber.media xəbər verir ki, ABŞ-da federal hakim CNN, MS NOW və Politico nəşrlərinin jurnalistlərinin Ağ Evə giriş imkanlarını qoruyan qərarın qüvvədə qalmasını təmin edib.

Reuters-in məlumatına görə, hakim Timoti Kelli oktyabrın 13-də əvvəlki müvəqqəti qərarı genişləndirib. O hesab edib ki, adıçəkilən media qurumlarının Ağ Evdən kənarlaşdırılması ABŞ Konstitusiyasının söz və mətbuat azadlığı ilə bağlı müddəalarını poza bilər.

Mübahisə Donald Tramp administrasiyasının sentyabrda bu media qurumlarının jurnalistlərinə qarşı tətbiq etdiyi məhdudiyyətlərdən sonra yaranıb. Ağ Ev qərarını milli təhlükəsizliklə əsaslandırsa da, hakim məhdudiyyətlərin mediada yayımlanan materiallara münasibətlə əlaqəli ola biləcəyini bildirib.
Qərar yekun məhkəmə hökmü çıxarılana və ya apellyasiya instansiyası tərəfindən dəyişdirilənədək qüvvədə qalacaq.