Вернуться назад Распечатать

Argentina Britaniyaya qarşı beynəlxalq məhkəməyə müraciət etdi

1xeber.media xəbər verir ki, Argentina Folklend adaları yaxınlığında Britaniyanın dəstəklədiyi neft-qaz fəaliyyətinin dayandırılması üçün Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalına müraciət edib.

Reuters-in məlumatına görə, Buenos-Ayres bu fəaliyyətin Argentinanın kontinental şelf üzərindəki hüquqlarını pozduğunu iddia edir. Mübahisənin mərkəzində adaların şimalında həyata keçirilməsi planlaşdırılan “Sea Lion” neft layihəsi dayanır.
Britaniya tərəfi isə bölgədəki kommersiya fəaliyyətinin qanuni olduğunu bildirir. Layihədə iştirak edən şirkətlər də Argentinanın hüquqi addımlarına baxmayaraq, işləri davam etdirmək niyyətində olduqlarını açıqlayıblar.

Folklend adaları üzərində suverenlik mübahisəsi Argentina ilə Britaniya arasında uzun illərdir davam edir. Yeni müraciət iki ölkə arasında diplomatik və hüquqi gərginliyi artıra bilər.