Вернуться назад Распечатать

Yosunlarla nadir torpaq yaradıldı

ABŞ-də alimlər mikro yosunlardan istifadə etməklə nadir torpaq elementlərinin konsentrasiyasını iki dəfədən çox artırdıqlarını açıqlayıblar.

1xeber.media Cənubi İllinoys Universitetinə istinadən xəbər verir ki, təcrübədə minerallı süxur tozu dövr edən suya əlavə olunub, daha sonra həmin mühitə mikro yosunlar daxil edilib.

Bir neçə həftədən sonra aparılan analizlər elementlərin yosunlarla qarşılıqlı təsirini göstərib. Tədqiqatçılar mexanizmin necə işlədiyini hələ tam müəyyənləşdirməyiblər.

Komanda üsulun gələcəkdə metal bərpasında istifadə imkanlarını araşdıracaq. İlkin nəticələr iyulun 27-də açıqlanıb.