Вернуться назад Распечатать

Paşinyan Azərbaycanla sərhədlərin dəyişdirilməsini təklif etdi

1xeber.media xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında anklav və eksklav məsələsini həll etmək üçün sərhədlərin yenidən müəyyənləşdirilməsi təklifini irəli sürüb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyanın sözlərinə görə, anklav və eksklavların mübadiləsi ilə bağlı razılaşma əldə olunarsa, Ermənistanın ərazisi 29 743 kvadratkilometr təşkil etməlidir. O, iki ölkə arasında bütün yolların və kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb.
Ermənistan hökumətinin başçısı bildirib ki, tərəflər ərazi iddialarını keçmişdə qoymalı və gələcək münasibətləri qarşılıqlı razılaşmalar əsasında qurmalıdırlar.
“Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır”, – Paşinyan qeyd edib.
Xatırladaq ki, Paşinyan daha əvvəl Ermənistan-Türkiyə sərhədinin yaxın vaxtlarda açılacağını açıqlamışdı. Onun sözlərinə görə, sərhədin açılması ilə yanaşı, Ermənistan, Türkiyə və Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası da gündəmə gələ bilər.