Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyası 30 gün ərzində işinin ilkin nəticələrini təqdim edəcək.
1xeber.media xəbər verir ki, bu barədə komissiyanın üzvü, Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib.
“Ümumiyyətlə, standartlara görə, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir”, - o bildirib.
Lastayevin sözlərinə görə, hazırda təhqiqatın sahə mərhələsi gedir, yəni təyyarənin fraqmentləri, qəza yerindəki izlər götürülür, bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda toplanır.