Cənubi İllinoys Universitetində dronların düşməsi zamanı zərbəni yumşaldan avtomatik hava yastığı sınaqdan keçirilib.
1xeber.media universitetə istinadən xəbər verir ki, magistr tələbəsi Brady Villigerin hazırladığı sistem nəzarətli sınaqlarda zərbə qüvvəsini təxminən 66 faiz azaldıb. Yastığın şişməsi 0,033 saniyə kimi qısa müddətdə baş verib.
Qurğu sensorlarla sərbəst düşməni və hündürlük dəyişməsini müəyyənləşdirir. Sınaqlar həqiqi uçuş aparatı əvəzinə dron maketi ilə keçirilib.
Layihə mülki dronların altında olan insanlara və əmlaka dəyə biləcək zərəri azaltmağa yönəlib. Universitet nəticələri iyunun 17-də açıqlayıb.