1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonla Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılmadığını açıq şəkildə bəyan edib. Bunu NATO-nun baş katibi Mark Rütte bildirib.
“The Guardian” nəşrinin məlumatına görə, Rütte Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin mümkün dayandırılması ilə bağlı sualı cavablandırarkən Trampın mövqeyinə aydınlıq gətirib.
NATO-nun baş katibi qeyd edib ki, ABŞ prezidentinin açıqlamasına əsasən, Vaşinqton və Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsi davam edir. Bu bəyanat Ukraynaya dəstəyin məhdudlaşdırılması ehtimalı ilə bağlı müzakirələr fonunda səsləndirilib.
Rütte, həmçinin NATO-nun yaranan təhdidlərə cavab vermək üçün zəruri imkanlara malik olduğunu vurğulayıb. Bununla belə, onun sözlərinə görə, alyansın həyata keçirəcəyi bütün tədbirlər ictimaiyyətə açıqlanmayacaq.