Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinatlar olub.
1xeber.media unikal-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmrlər imzalayıb.
Belə ki, aparılmış struktur dəyişiklikləri nəticəsində Tural Əlizadə 1 saylı Bakı DOST Mərkəzinin, Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktoru təyin edilib.
Həmçinin, Şamil Əliyev Naxçıvan Regional DOST mərkəzinin direktor müavini, Elmira Hacıbəyova isə "DOST İnfrastruktur Mərkəzi" MMC-nin direktor müavini vəzifəsinə təyin olunub.