Вернуться назад Распечатать

Soya xəstəlikləri üçün kameralı robot hazırlanır

ABŞ-də soya əkinlərində xəstəlikləri daha erkən aşkarlamaq üçün kameralı robot və süni intellekt sistemi hazırlanır.

1xeber.media Cənubi İllinoys Universitetinə istinadən xəbər verir ki, dörd təkərli robot GPS və bir neçə kamera ilə təchiz olunub. Qurğu yarpaqların həm üst, həm də alt hissəsini çəkə bilir.

Alimlər ilkin mərhələdə drondan istifadə etsələr də, yarpaqların altındakı zədələri görüntüləməkdə çətinliklə üzləşiblər. Yeni layihənin məqsədi xəstəliyi görünən əlamətlərdən əvvəl müəyyənləşdirməkdir. Bunun üçün süni intellekt modellərinin hazırlanması davam edir.