Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktoru təyin edilib.
Y.Abbasov bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilmişdi.
Qeyd edək ki, Yavər Abbasov 1991-ci ildə Şərur rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetinin “Sosial iş” ixtisasını bitirib. Əmək fəaliyyətinə 2016-cı ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində aparıcı vəzifəsi ilə başlayıb.
2018-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Muxtar Respublikanın Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
2025-ci ilin oktyabr ayından 2026-cı ilin may ayına qədər Naxçıvan Regional DOST Mərkəzinin direktoru olub. Daha sonra 1 saylı Bakı DOST Mərkəzində direktor müavini vəzifəsində çalışıb.