Вернуться назад Распечатать

Mircəlil Qasımlının Mingəçevirdəki seçici görüşündə Zar kəndinin sakinləri niyə iştirak etməyib?

Kəlbəcər rayonundan olan deputat Mircəlil Qasımlı Mingəçevir şəhərində seçicilərlə görüş keçirib.

Lakin görüşdə Mingəçevirdə yaşayan, Kəlbəcərin Zar kəndindən olan sakinlərin iştirak etməməsi suallar doğurub.

1xeber.media Gununsesi.info - ya  istinadən xəbər verir ki, Zar kəndinin sakinləri görüşün məhdud sayda şəxsin iştirakı ilə təşkil olunduğunu iddia edirlər.

Sakinlər hesab edirlər ki, deputatın seçicilərlə görüşündə onların da iştirakı təmin edilməli, problem və təklifləri dinlənilməli idi.

Zar sakini Akif Alxanov deyib ki, Kəlbəcərin Zar kəndi Böyük Qayıdış Proqramı çərçivəsində yenidən inşa olunub və yaxın vaxtlarda kəndə köç prosesinin başlanması gözlənilir:

“Belə bir mərhələdə sakinlərin qarşılaşa biləcəyi problemlərin, sosial məsələlərin və gələcək yaşayışla bağlı təkliflərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır”.

Deputatın əsas vəzifələrindən biri təmsil etdiyi rayonun sakinlərinin problemlərini dinləmək, onların müraciətlərini aidiyyəti dövlət qurumlarına çatdırmaq və həlli istiqamətində təşəbbüslər göstərməkdir.

Bu baxımdan, Zar kəndinin sakinlərinin görüşdə iştirak etməməsi və onların problemlərinin deputata hansı formada çatdırılacağı sual doğurur.

Mircəlil Qasımlının seçicilərlə görüşünün hansı prinsiplə təşkil edildiyi, Zar kəndinin sakinlərinin niyə iştirak etmədiyi və onların problemlərinin dinlənilməsi üçün hansı addımların atılacağı maraq doğurur.