Вернуться назад Распечатать

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

 

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan
Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır.
Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq
istiqaməti ilə məhdudlaşmır, mərkəzində çoxşaxəli hədəflər daşıyaraq Cənub-Şərqi Asiya
coğrafiyasını tam şəkildə əhatə edir. Prezident İlham Əliyev çıxışlarında xüsusi diqqətə çatdırır
ki, Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi ölkəmizin diplomatik kursunun
əsas prioritetləri sırasında mərkəzi mövqe tutur. Bu geniş coğrafiyanın qlobal iqtisadiyyatdakı
artan çəkisi respublikamızın qitə siyasətində olduqca əsas amilə çevrilir. Həmin prioritetlərə
uyğun olaraq yüksək səviyyəli siyasi təmaslar fərqli asiya dövlətləri ilə davamlı, sıx şəkildə
təşkil olunur.
Oktyabrın 12-13-də Cənub-Şərqi Asiyadan olan iki dövlətin başçılarının – də Kamboca
Krallığının Baş naziri Hun Manetin və oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının
Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfərləri və Bakıda keçirilən yüksəksəviyyəli
görüşlər ölkəmizə bu regionda olan marağın bariz göstəricisidir.
Kamboca Krallığı ilə qarşılıqlı inkişaf etdirilən münasibətlər xarici siyasətimizin Asiya
vektorundakı ən bariz, diqqətçəkən nümunələrindəndir. İki tərəf arasında formalaşmış siyasi
əlaqələrin qırılmaz gücü BMT, Qoşulmama Hərəkatı, eyni zamanda Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə daxilində birmənalı nümayiş etdirilən ortaq
dəstəklə sınaqdan çıxır.
Oxşar, müsbət inkişaf dinamikasına eyni dərəcədə Laos Xalq Demokratik Respublikası
ilə dərinləşən münasibətlərin geostrateji təhlili zamanı da rast gəlinir. Uzunmüddətli əlaqələrə
malik Laos ölkəmiz üçün mühüm, etibarlı, sınaqlardan çıxmış sadiq dost dövlət sayılır. Laos
Prezidenti Thonqlun Sisulitlə paytaxtımızda keçirilən təkbətək, həmçinin geniş tərkibdəki rəsmi
görüşlər iqtisadi əməkdaşlıq imkanlarının xüsusi olduğunu açıq şəkildə səciyyələndirir.
Dövlətlərin ən ali rəhbərliyi tərəfindən bəyan edilir ki, formalaşan siyasi əlaqələr uzun illərdir
sürətli inkişaf trayektoriyasında heç ləngimədən hərəkət edir. Qarşılıqlı diplomatik
münasibətlərin təməlinin qoyulmasından artıq 30 ildən çox müddət keçməsi sağlam,
toxunulmaz siyasi ənənələrin dərinləşməsinə geniş yol açıb. 30 il ərzində, eləcə də müasir
gərgin dövrdə çoxsaylı beynəlxalq təşkilatlar daxilində tərəflər daim həmrəylik
səsvermələrində vahid cəbhədən çıxış edərək tərəddüdsüz qarşılıqlı dəstək nümayiş etdirirlər.
Nümayiş olunan həmin qırılmaz müsbət ənənə bu gün mütləq olaraq qüvvədədir, həmçinin
gələcək onilliklərdə ikitərəfli əməkdaşlığın həcminin dəfələrlə artacağına zəmanət verir.
Yüksək səviyyəli siyasi həmrəylik fonunda masaya yatırılan danışıqlar qısa müddətdə
investisiya əlaqələrinin canlanmasına, sərmayə mühitinin cəlbediciliyinin öyrənilməsinə,
qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm zəmin formalaşdırır.
Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında
əminliyini bildirib ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və
ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək. Dövlətimizin başçısı, həmçinin bu gün təkbətək və
geniş tərkibdə görüşlərdə bir çox önəmli məsələlərin müzakirə edildiyini vurğulayıb.
Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir.
Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki,
milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni
zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir.
Bıldirilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq
reallaşıb. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbər edilməsi
və yüklərin həcminin artırılması ilə məşğul olduğumuzu deyən dövlətimizin başçısı vurğulayıb:
“Ümid edirəm ki, gələcəkdə hər iki tərəfdə reallaşan bütün bu layihələr başa çatandan sonra
yükdaşımaların da həcmi artacaq”.
Cənub-Şərqi Asiya regionunun aparıcı ölkələri Azərbaycanın nəqliyyat iqtisadiyyatına
məhz etibarlı tərəfdaşlıq, uzaqgörən vizyon prizmasından diqqət yetirirlər. Daim dəyişən
mövcud qlobal vəziyyətdə təhlükəsiz marşrut, dayanıqlı logistika zənciri hər ixracatçı dövlət
üçün tam olaraq həyati əhəmiyyət daşıyır. Ölkəmizin tranzit infrastrukturu qitədəki istehsalçılar
tərəfindən Avropaya açılan ən qısa, ən təhlükəsiz ticarət pəncərəsi kimi qiymətləndirilir.
Nəqliyyat sisteminin bütün elementlərinin ən müasir rəqəmsal standartlara uyğunlaşdırılması

istiqamətində reallaşan meqalayihələr yuxarıda adıçəkilən asiya dövlətlərinin məhsullarını
qərb bazarlarına qısa vaxtda çatdırmağa real zəmanət verir.
Sözügedən çoxqütblü infrastruktur siyasətinin mühüm sütununu, təməl tərkib hissəsini
qlobal “Bir Kəmər və Bir Yol” təşəbbüsü möhkəmləndirir. Kamboca və Laos rəhbərliyi
Azərbaycanın logistik xətlərə yatırdığı davamlı sərmayələrin bütün Avrasiyanın ümumi
tərəqqisinə verilən töhfə kimi anlaşıldığını tez-tez qeyd edirlər. Asiyada Qarşılıqlı Fəaliyyət və
Etimad Tədbirləri üzrə Müşavirə iştirakçılarının əsas diqqəti də məhz qeyd olunan inteqrasiya
layihələrinin genişləndirilməsinə, tranzit yüklərin qarşısındakı rüsum səddlərinin aradan
qaldırılmasına cəmləşib. Tərəflər arası müştərək siyasi bəyannamələr rəqəmsal gömrük
qapılarının fəaliyyətini, iqlim dəyişikliklərinə uyğunlaşdırılmış yaşıl enerji layihələrini
sürətləndirir. Şərq dövlətləri köhnəlmiş inkişaf paradiqmalarından fərqli olaraq aqressiya
xarakterli hegemoniyanı qəti şəkildə rədd edir.
Bəxtiyar Məmiyev,
Sabirabad rayon Bitki mühafizə idarəsinin rəisi