Вернуться назад Распечатать

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

 Oktyabrın 14-də Bakıda Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.

1xeber.media xəbər verir ki, iclasda oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib.

AQEM çərçivəsində Azərbaycanın son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri, habelə Müşavirənin təşkilati məsələlərinə həsr edilmiş sənəd layihələri üzrə razılıq əldə olunub, layihələrin Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.