Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dirk Lölke Gəncə şəhərinə səfər edib.
1xeber.media xəbər verir ki, səfər çərçivəsində səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Niyazi Bayramov qonağı salamlayaraq Gəncənin tarixi, iqtisadi potensialı, sənaye imkanları və həyata keçirilən layihələr barədə məlumat verib. Şəhər rəhbəri qarşılıqlı əlaqələrin genişləndirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Almaniya səfiri Dirk Lölke səmimi qəbula görə təşəkkür edib, Gəncənin tarixi və müasir inkişafı ilə tanış olmaqdan məmnunluğunu ifadə edib.
Görüşdə Gəncə ilə Almaniya arasında əlaqələrin inkişaf perspektivləri, iqtisadiyyat, sənaye, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.