Вернуться назад Распечатать

Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu

Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasının deputatı, Səhiyyə məsələləri daimi komissiyasının sədri Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub.

1xeber.media “Armenpress”ə istinadən xəbər verir ki, erməni deputat oktyabrın 15-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan MDB Parlamentlərarası Assambleyasının (PAA) Sosial siyasət və insan hüquqları daimi komissiyasının növbəti iclasında iştirak etməli idi.

Badalyan özünün “Facebook” səhifəsində paylaşım edərək baş verənlər barədə məlumat verib:

“Bu gün, oktyabrın 14-də Sankt-Peterburqa yola düşməyi planlaşdırırdım. Lakin Rusiyaya girişimə icazə verilmədi və bildirildi ki, ölkəyə girişim qadağandır. Səbəbi isə bəlli deyil”.

Badalyan Rusiyanın bu addımını təəccüblü və narahatlıq doğuran hal adlandırıb. O vurğulayıb ki, rəsmi parlament nümayəndə heyətinin üzvünün beynəlxalq təşkilatın mənzil-qərargahına buraxılmaması və rəsmi vəzifələrini yerinə yetirməsinə mane olunması qəbulolunmazdır.