Вернуться назад Распечатать

Tofiq Musayev: Azərbaycanda mina qurbanlarının sayı 3500-ü ötüb

2020-ci ildən bəri qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı mina hadisələrində həlak olub və ya yaralanıb, son üç onillik ərzində isə qurbanların ümumi sayı 3500-ü ötüb.

1xeber.media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Tofiq Musayev bildirib.

"Bu rəqəmlər minatəmizləmə və qurbanlarayardım üçün davamlı beynəlxalq dəstəyə, eləcə də minaya qarşı fəaliyyət üzrə milli potensialın gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır", - o deyib.