Вернуться назад Распечатать

Papanın vəziyyəti açıqlandı

Ötən gün əməliyyat olunan Roma Papası XIV Leonun vəziyyəti açıqlanıb.

1xeber.media xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Papanın ağciyər əməliyyatından sonrakı sağalma prosesi plana uyğun davam edir. O, artıq xəstəxana otağında gəzir və normal qidalanır.

Açıqlamaya əsasən, qan analizləri və döş qəfəsinin rentgen müayinəsi əməliyyatdan sonrakı dövr üçün normal nəticələr göstərib. Həmçinin qeyd olunub ki, Roma Papası tənəffüs fizioterapiyası kursu keçib.