Вернуться назад Распечатать

"Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb

Antiqua və Barbuda bayrağı altında üzən "Cape Dao" quru yük gəmisi mərmi zərbəsinə məruz qaldıqdan sonra Hörmüz boğazı yaxınlığında batıb.

1xeber.media-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.

Qeyd olunub ki, gəmiyə sentyabrın 23-də zərbə endirilib.

Gəminin operatoru Birləşmiş Ərəb Əmirliklərinin "Peonies Shipmanagement FZE" şirkətidir.

Qeyd edək ki, bu gün daha əvvəl Hörmüz boğazında dəniz minasının partlaması nəticəsində göyərtəsində 2,5 min konteyner olan konteyner gəmisinin də batdığı məlum olub.