Вернуться назад Распечатать

Münasibətləri həmin görüşdən sonra pisləşibmiş

ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında münasibətlər sentyabrda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində keçirilən görüşdən sonra yenidən pisləşməyə başlayıb. 

1xeber.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Zelenski ABŞ-yə işlərin qaydasında getdiyinə əmin olaraq gedib, lakin danışıqlar zamanı Tramp ondan Rusiyanın neft emalı zavodlarına zərbələrlə bağlı izahat tələb edib.

Qəzetin məlumatına görə, bu görüşdən sonra Vaşinqton altı dəfə Kiyevdən zərbələri dayandırmağı xahiş edib və Trampın Zelenskiyə münasibəti getdikcə pisləşib. Mənbələr qeyd edir ki, Ukraynanın ABŞ resurslarından istifadə edərək Rusiyanın obyektlərinə hücumlar etməsi və bununla da Amerika istehlakçılarına zərər vurması Ağ Ev rəhbərinin narazılığına səbəb olub. 

Nəşr yazır ki, oktyabrda Mayamidə Ukrayna və Avropa (Böyük Britaniya, Almaniya və Fransa) nümayəndələri ilə keçirilən danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Trampın Rusiya ilə dizel yanacağı üzrə sövdələşmə əldə etmək barədə düşündüyünü açıqlayıblar. 

“Bu Ukrayna və Avropa nümayəndələri üçün şok effekti yaradıb. 6 daat davam edən görüş zamanı Kuşner və Uitkoff ukraynalıları və avropalıları münaqişənin həlli üzrə yeni təkliflər hazırlamağa çağırıblar. Həmin gün Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra dizel barədə razılaşmanın əldə olunduğu elan edilib”, - məlumatda deyilir.