Вернуться назад Распечатать

Xırdalanda 10 il əvvəl təhvil verilən binada əlavə iki mərtəbə tikilir

Xırdalan şəhərində 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasında əlavə tikinti işləri aparılır.

1xeber.media xəbər verir ki, yaşayış binasının üzərində daha iki mərtəbənin inşası həyata keçirilir.

Bununla bağlı redaksiyamıza müraciət edən sakinlər aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər.

Onların sözlərinə görə, uzun illərdir yaşayış olan binanın üzərində əlavə mərtəbələrin tikilməsi ciddi narahatlıq doğurur.

Qeyd edək ki, sözügedən yaşayış binası Xırdalan şəhərində bir neçə çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş “Abşeron A1” MTK-ya məxsusdur.