Bakıda nasaz yük maşını hərəkəti iflic edib.
1xeber.media DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində baş verib.
Yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. Nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Hazırda polis tərəfindən problemin aradan qaldırılması məqsədilə işlər görülür.