Вернуться назад Распечатать

Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı

Ermənistan Azərbaycanla sülh sazişinin ratifikasiyasını qarşıdakı ən vacib vəzifəsi hesab edir.

1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən Nazirlər Kabinetinin iclasında bildirib.

"Mən qarşıma məqsəd qoymuşam ki, konkret vaxt çərçivəsi ilə – 2031-ci ilə qədər bu hədəfə nail olum", - deyə o qeyd edib.

Xatırladaq ki, dünən Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və ratifikasiyasından sonra sülhün necə olacağını əks etdirən bir video paylaşıb.