Вернуться назад Распечатать

Əliyev: Separatçıların məhkəməsi Nürnberq tribunalına bənzəyirdi

1xeber.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev separatçıların liderlərinin Azərbaycanda məhkəmə qarşısına çıxarılmasını Nürnberq tribunalı ilə müqayisə edib.
Dövlət başçısı bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.
İlham Əliyev qeyd edib ki, separatçıların liderləri və müharibə cinayətlərində ittiham olunan şəxslər Azərbaycan məhkəməsi qarşısına çıxarılıblar. Prezident bu prosesi mahiyyət və forma baxımından Nürnberq tribunalına bənzədib.
“Yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur”, – deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, Azərbaycanın üzləşdiyi işğalın miqyasını və ölkənin tarixi qələbəsinin əhəmiyyətini daha dolğun anlamaq üçün tədbir iştirakçıları Zəfər Parkını, Zəfər Muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.