Вернуться назад Распечатать

Lavrov ABŞ və Avropanın Ukrayna üzrə “sülh planı” barədə danışdı

1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ və Avropa ölkələrinin hazırladığı bildirilən sülh təşəbbüsü ətrafında müzakirələr fonunda Moskvanın mövqeyini açıqlayıb.

Mətbuatda yayılan məlumata görə, ABŞ və Avropa nümayəndələri Ukrayna ilə Rusiya arasında müharibənin dayandırılması üçün bir neçə istiqaməti əhatə edən plan üzərində müzakirələr aparıblar. Təkliflər arasında mövcud cəbhə xətti boyunca atəşkəs, Ukraynaya təhlükəsizlik zəmanətləri, ölkənin bərpasının maliyyələşdirilməsi və müharibədən sonrakı iqtisadi əməkdaşlıq məsələlərinin olduğu bildirilir. 

Bununla belə, Ukrayna tərəfi planın ABŞ və Avropanın razılaşdırılmış ortaq mövqeyi kimi təqdim edilməsinə etiraz edib. Ukrayna Prezidenti Volodimir Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin bildirib ki, yayılan məlumatlar əslində ABŞ nümayəndələrinin görüş zamanı səsləndirdiyi yanaşmaları əks etdirir. 

Kremlin sözçüsü Dmitri Peskov da oktyabrın 13-də Moskvanın sözügedən planla bağlı rəsmi məlumat almadığını açıqlayıb. O, Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması məsələsi üzrə təmasların davam etdiyini bildirib. 

Qeyd edək ki, sülh təşəbbüsünün yekun məzmunu, tərəflərin şərtləri və mümkün razılaşmanın detalları barədə hələlik rəsmi təsdiqlənmiş məlumat yoxdur.