Вернуться назад Распечатать

Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Bu barədə 1xeber.media -ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, 74 yaşlı sənətçi ötən gün saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya edilib:

“Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib. Hazırda pasiyentin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçi daha sonra evə buraxılmışdı. Ailəsindən verilən məlumatda onun müalicəsinin evdə davam etdirildiyi bildirilmişdi.