Вернуться назад Распечатать

Məsud Pezeşkian İrəvana gedir

İran Prezidenti Məsud Pezeşkian sabah Ermənistana səfər edəcək.

1xeber.media  Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib.

O qeyd edib ki, İran Prezidenti İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflərin Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək. 

Məsud Pezeşkian səfər çərçivəsində sammitdə iştirak edən bəzi ölkələrin liderləri ilə də görüşlər keçirəcək.