Leysan yağışları Türkiyənin Sakarya vilayətində dağıntılara səbəb olub.
1xeber.media “Milliyyet”ə istinadən xəbər verir ki, fasiləsiz yağan yağış vilayətin bir çox yerlərində sel və daşqınla nəticələnib.
Sapanca rayonunda evlər və əkin sahələri su altında qalıb.
Rayonun Fevziye məhəlləsində isə 2 mərtəbəli ev uçub. Həmin an kameralarla görüntülənib.