Вернуться назад Распечатать

Banqkokda iqtisadi bərabərsizlik əleyhinə etiraz keçirilib

1xeber.media xəbər verir ki, Tailandın paytaxtı Banqkokda Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının illik toplantıları zamanı onlarla insan iqtisadi bərabərsizliyə və artan yaşayış xərclərinə etiraz edib.

“Associated Press”in məlumatına görə, nümayişçilər yoxsulluq, ailələrin borc yükünün artması, ətraf mühitin çirklənməsi və iqlim problemlərinin yaratdığı çətinliklərə diqqət çəkməyə çalışıblar.

Etirazçılar beynəlxalq maliyyə institutlarını və Tailand hökumətini sosial ədalətsizliyin aradan qaldırılması üçün kifayət qədər tədbir görməməkdə ittiham ediblər. Aksiyada dünya liderlərinin maskalarından və simvolik nümayiş elementlərindən də istifadə olunub.

Etiraz əsasən dinc keçsə də, bəzi iştirakçılarla polis arasında kiçik qarşıdurma yaşanıb. Toplantılar çərçivəsində isə qlobal iqtisadi artım, dövlət borcları və enerji qiymətlərinin inflyasiyaya təsiri kimi məsələlər müzakirə olunur.