Вернуться назад Распечатать

Simonyan: İlham Əliyev sülh prosesində mühüm rol oynayır

1xeber.media xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevlə sülh prosesi barədə söhbət etdiyini bildirib.

Simonyanın sözlərinə görə, söhbət sentyabr ayında Bişkekdə Azərbaycan və Ermənistan liderlərinin geniş tərkibdə keçirilən görüşü zamanı baş tutub.

O, Azərbaycan Prezidenti ilə danışarkən sülhün əldə olunmasında İlham Əliyevin mühüm rol oynadığını vurğuladığını qeyd edib.

“Azərbaycan Prezidentinə sülhdən danışarkən bu məsələdə onun mühüm rolunun olduğunu demək imkanım oldu. Onun ritorikası Ermənistanda eşidilir. O, məni dinləyərək razılaşdı”, – deyə Simonyan bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi, münasibətlərin normallaşdırılması və regionda davamlı sabitliyin təmin olunması istiqamətində təmaslar davam edir.