Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi müəyyənləşib.
1xeber.media xəbər verir ki, səfir Sultan Hacıyev 2026-2030-cu illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeni Baş katibi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Hacıyev Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiridir.