1xeber.media xəbər verir ki, “Pələnglə Səyahət” layihəsinin doqquzuncu buraxılışı Kəlbəcər və Ağdərə rayonlarına həsr olunub. Buraxılışda Azərbaycanın füsunkar təbiəti, dağlıq əraziləri və zəngin mənzərələri diqqətə çatdırılır. Səyahət zamanı bölgənin təbii gözəllikləri, yolları və özünəməxsus landşaftı nümayiş olunur. Kəlbəcər və Ağdərə təbiətinin gözəlliyi ilə seçilən, tarixi və mədəni irsi ilə xüsusi əhəmiyyət daşıyan bölgələrdəndir. Bu ərazilər həm də Azərbaycanın turizm potensialı baxımından böyük imkanlara malikdir. “Pələnglə Səyahət” layihəsinin yeni buraxılışı izləyicilərə Kəlbəcər və Ağdərəni fərqli rakursdan tanımaq, bölgənin gözəlliklərini kəşf etmək imkanı yaradır.