Вернуться назад Распечатать

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmlədib

Bakıın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə
Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm
hadisələrindən biri olmaqla, Asiyada dialoqun, qarşılıqlı etimadın və regional əməkdaşlığın
gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq münasibətlərdə geosiyasi gərginliyin artdığı, münaqişələrin və təhlükəsizlik
çağırışlarının dərinləşdiyi bir şəraitdə Sammit üzv dövlətlər arasında fikir mübadiləsi və ortaq
yanaşmaların müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır. Müxtəlif siyasi
mövqelərə malik dövlətləri bir araya gətirən AQEM çərçivəsində yüksək səviyyəli dialoqun
təşviqi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin növbəti təzahürüdür.
Azərbaycanın 2024–2026-cı illərdə “Daha güclü AQEM: Asiyada bağlantılar,
rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı altında həyata keçirdiyi sədrliyi təşkilatın
institusional inkişafına və fəaliyyətinin genişləndirilməsinə mühüm töhfələr verib Qadınlar
Şurasının və Maliyyə Sammitinin yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin
fəaliyyətə başlaması, eləcə də gənclər, biznes dairələri, beyin mərkəzləri, media və nəqliyyat
sahələrində əməkdaşlığın təşviqi sədrliyin əsas nailiyyətləri sırasındadır. AQEM-in İmtiyazlar
və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya şərtinin
təmin edilməsi də təşkilatın beynəlxalq hüquqi statusunun möhkəmləndirilməsi baxımından
əhəmiyyətlidir.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın
işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: “30 il
ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan
tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi
Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq
etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-
nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-
şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız
üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun
fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları
nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri
tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını
zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib
və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsi də təşkilatın əhatə dairəsinin
genişlənməsi baxımından diqqətəlayiq hadisədir. Bununla yanaşı, Sammitin nəticələri yalnız
qəbul edilən sənədlərlə deyil, həm də üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi və
əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə qiymətləndiriləcək.
Bakının Zirvə Toplantısına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq dialoq və
əməkdaşlıq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır. Ölkəmizin sədrliyi dövründə irəli
sürülən təşəbbüslər AQEM-in institusional imkanlarının genişləndirilməsinə, daha inklüziv və
nəticəyönümlü platformaya çevrilməsinə xidmət edib.
Aydın Veysəlov,
Sabirabad rayonu Əhmədabad kənd tam orta məktəbinin direktoru