Вернуться назад Распечатать

“Böyük Qayıdış” Azərbaycanın gücünə güc qatacaq

 

2020-ci ildə cəsur və yenilməz Vətən oğullarının şücaəti sayəsində 44 günlük Vətən
müharibəsi Azərbaycan Respublikasının parlaq Zəfəri ilə sona çatdı. 30 ildən artıq düşmən
tapdağı altında inləyən torpaqlarımız işğaldan azad edildi. Xalqımızın torpaq həsrəti, yurd
nisgili qurub yaratmaq həvəsi, istəyi ilə əvəzləndi. Bununla da Qarabağdan, Şərqi
Zəngəzurdan olan keçmiş məcburi köçkün vətəndaşlarımızın tarixi ata-baba yurdlarına könüllü,
təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan yarandı.
Bu gün dövlətimizin “Böyük Qayıdış” Milli Proqramı ölkə başçımızın və Azərbaycan
hökumətinin əsas prioritetlərindəndir. Proqramın uğurla icrası istiqamətində işlər sürətlə gedir.
Şərqi Zəngəzurda, Qarabağda genişmiqyaslı layihələr həyata keçirilir, infrastruktur qurulur,
yeni kəndlər, şəhərlər salınır. Hələ 31 iyul 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdi.
Bu gün “Böyük Qayıdış” proqramının icrasının mərhələləri üzrə  Laçına, Ağalıya, Zabuxa və
Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Şərqi Zəngəzurla paralel olaraq
Qarabağa qayıdış da uğurla davam edir. Azərbaycan Respublikasının bütün ərazilərində
suveren hüquqlarını ilk dəfə bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin
hakimiyyətə gəlişinin 20-ci ilində Xankəndində üçrəngli, ay ulduzlu bayrağımızı qaldırması kimi
böyük tarixi hadisə, Ulu Öndər Heydər Əliyevin İlham Əliyevə özü qədər inanmasında və
xalqımızın ona böyük etimad göstərməsində heç də yanılmadığını sübut etdi.
Müzəffər Ali Baş Komandan indi də azadlığına qovuşmuş torpaqlarımızda gedən
quruculuq işlərinə öndərlik edir. Ölkə başçımız möhtərəm Prezident İlham Əliyev davamlı
olaraq işğaldan azad edilmiş bölgələırimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə
yerindəcə tanış olur.
Sözsüz ki, Qarabağa qayıdış planının ən vacib istiqaməti Füzuli şəhərinə qayıdışdan
keçir. Azərbaycan Prezidenti İlham Əliyevin səfəri 2023-cü ildə Füzuli şəhərinə reallaşdı.
Dövlət başçımız Füzulinin işğaldan azad olmasının 3-cü ilində, oktyabrın 17-də “Füzuli Şəhəri
Günü”ndə iştirak etdi və Füzuli rayonuna yeni köçmüş sakinlər və rayon ictimaiyyətinin
nümayəndələri ilə səmimi şəkildə görüşdü. Ölkə başçısı işğaldan azad olunmuş
rayonlarımızın, həmçinin Fizuli rayonunun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına
xidmət edən, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə hesablanan
“Böyük Qayıdış” proqramının icrası ilə yerində tanış oldu. Dövlətimizin başçısının “Füzuli
Şəhəri Günü” tədbirində iştirak etməsi Fizuli sakinləri üçün əsl bayram abu-havası yaratmışdı.
Cənab Prezident Fizuli sakinləri ilə görüşəndə sevinc hisslərini bölüşərək qeyd etdi: “Necə də
gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə,
həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək,
siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi”.
Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən
layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu bir
çox beynəlxalq ekspertlər də təsdiq edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli
Şəhərsalma Forumu keçirilib, Ağdamda və Zəngilanda şəhərsalma layihələrimiz təqdim edilib.
Bütün bərpa ediləcək şəhərlərimiz, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma
layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur.
Azərbaycan əsgərinin qələbəsini xalqımızın torpaq sevgisi, onun əsl sakinlərinin
işğaldan azad olmuş ərazilərdə qurub-yaratmaq eşqi möhkəmləndirir. Bu mənada Füzulilər
doğma dədə-baba yurdlarına böyük həvəslə qayıdırlar. “Böyük Qayıdış” proqramımızın birinci
mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq.
Onların rahat yaşaması üçün ən yaxşı şərait yaradılıb. Yüksək zövqlə və müasir mühədis
tələblərinə cavab verən tikililər Fizuliyə köçən sakinlərin rahat yaşaması üçün düşünülüb.
Bu gün bütün işğaldan azad olan ərazilərimiz, o cümlədən Fizuli yenidən qurulur. 17 oktyabr
2023-cü ildə Prezident İlham Əliyev Fizuli şəhərinə səfəri çərçivəsində inzibati binanın, ikinci
və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, Qoçəhmədli, Cuvarlı
kəndlərinin təməlini qoydu. Aylar ötdükcə burada yaşayanların sayı da təbii ki, artacaq.
Ölkə rəhbərinin qeyd etdiyi kimi dövlətimizin əsas məqsədlərindən biri bu ərazilərdə
qayıdan sakinlərin məşğulluğunun təmin olunmasıdır. Ümumilikdə götürdükdə Azərbaycan
Respublikasında məşğulluq və özünüməşğulluq proqramları böyük uğurla icra edilir. Bunun

üçün ciddi tədbirlər görülür. Bu proqramlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da
eyni uğurla icra ediləcək. Qarabağ iqtisadi zonasının, həmçinin Fizuli rayonunun özünəməxsus
məşğulluq imkanları var. Fizulidə ənənəvi kənd təssərüfatı ilə məşğulluq ön plana çıxır.
Dövlətimiz məşğul olacaq vətəndaşlara texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara
təqdim etməklə yardım edəcək.
Doğurdan da, 30 ildən artıq ölkə iqtisadiyyatından ayrı düşmüş işğal edilmiş
ərazilərimizin, o cümlədən Fizuli rayonunun “Böyük Qayıdış” proqramı ilə məskunlaşdırılması,
təssərüfat quruculuğu ilə iqtisadi yüksəlişi iqtisadiyyatımızın, bütünlükdə isə böyük mənada
Azərbaycanımızın gücünə güc qatacaq.
İstər Füzuli rayonunda, istərsə də işğaldan azad edilmiş digər ərazilərimizdə vandal
ermənilər tərəfindən törədilmiş dəhşətli dağıntılar da diqqətdən kənarda qalmamalıdır. Füzuli,
Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərimiz və daha neçə-neçə yaşayış
məntəqələrimiz vəhşi düşmən tərəfindən tamamilə dağıdılmış və yer üzündən silinmişdir. Artıq
dünya ictimaiyyəti erməni vəhşiliyinin mahiyyətini görməkdədir. Azərbaycan xalqı isə qurub
yaratmaq istəyi ilə alışıb yanır. İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını
xatırladır. Şuşamız, Ağdamımız, Laçınımız bir sözlə dağıdılmış, vandal düşmən tərəfindən yer
üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir. Bütün bunlar Azərbaycan
Respublikasının öz imkanları hesabına edilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq
dövlət büdcəsində bu bərpa işlərinə kifayət qədər vəsait ayrılmışdır. Biz Müzəffər Ali Baş
Komandanın sarsılmaz iradəsi ilə, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura
qayıdırıq və o diyarları cənnət məkana çevirəcəyik.
Elnur Əzizov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi, baş həkim