Вернуться назад Распечатать

Payız mövsümündə taksi qiymətlərindəki artım və metrodakı sıxlıq problemi

1xeber.media xəbər verir ki,Bakıda payız mövsümünün gəlişi, dərslərin başlaması və yağışlı hava şəraiti nəqliyyat sistemindəki gündəlik sosial çətinlikləri yenidən ön plana çıxarıb.
Xüsusilə səhər və axşam saatlarında işə, dərsə tələsən vətəndaşlar taksi xidmətlərində qiymətlərin kəskin şəkildə dəyişməsindən narazılıq edirlər. Mobil tətbiqlərdə adi günlərlə müqayisədə qiymətlərin iki, bəzən isə üç qat artması sıravi sərnişinlərin büdcəsinə ciddi təsir göstərir. Taksi tapmaqda çətinlik çəkən və ya yüksək gediş haqqını ödəyə bilməyən vətəndaşlar alternativ olaraq ictimai nəqliyyata, xüsusilə Bakı metropoliteninə üz tuturlar.
Lakin metrostansiyalarda, xüsusən də "Koroğlu", "28 May" və "Elmlər Akademiyası" kimi qovşaqlarda yaranan həddindən artıq sıxlıq sərnişinlərin hərəkətini çətinləşdirir. Platformalarda yaşanan basabas və qatarların intervalsındakı gecikmələr insanların mənzil başına vaxtında çatmasına mane olur. İctimai nəqliyyat mütəxəssisləri bildirirlər ki, paytaxtdakı bu tıxac və sıxlıq probleminin qarşısını almaq üçün avtobus xətlərinin optimallaşdırılması və sərnişin axınının düzgün idarə edilməsi istiqamətində tənzimləmələrə böyük ehtiyac var.