1xeber.media xəbər verir ki, İstanbulda son 84 ilin ən güclü yağışlarından sonra yaranan sel daşqınları ciddi fəsadlara səbəb olub.
Türkiyə mətbuatının məlumatına görə, aramsız yağan leysan nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Hadisə ilə bağlı daha 4 nəfərin itkin düşdüyü bildirilib.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi itkin düşən şəxslərdən birinin sağ tapıldığını açıqlayıb.
Bölgədə selin nəticələrinin aradan qaldırılması və itkin düşən şəxslərin axtarışı istiqamətində tədbirlərin davam etdirildiyi bildirilir.