1xeber.media xəbər verir ki, amerikalı sahibkar İlon Maskın oğlunun Rusiya vətəndaşlığı almaq istədiyi halda adını dəyişməsi tələb oluna bilər.
Bu barədə Rusiyanın İctimai Palatasının komissiya sədrinin müavini Yevgeni Maşarov açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyada valideynlər uşaqlarına ad seçməkdə sərbəstdirlər. Lakin qeydiyyat orqanları uşağın gələcəkdə lağ obyektinə çevrilməsinə səbəb ola biləcək adların qeydiyyatından imtina edə bilərlər.
Maşarov qeyd edib ki, Rusiya qanunvericiliyi uşaqlara rəqəmlərdən və hərf-rəqəm birləşmələrindən ibarət adların verilməsini qadağan edir.
İlon Maskın oğlunun adı isə “X Æ A-Xii” kimi yazılır. Rusiya rəsmisinin fikrincə, bu ad mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir və həmin şəxsin Rusiya vətəndaşlığı almaq istəməsi halında ad dəyişikliyi məsələsi yarana bilər.
Qeyd edək ki, açıqlama Rusiya qanunvericiliyinin adlarla bağlı tələblərinə əsaslanan hüquqi qiymətləndirmədir. Maskın oğlunun Rusiya vətəndaşlığı almaq niyyətində olması barədə məlumat verilməyib.