Вернуться назад Распечатать

Xamenei iranlı qadınların müqavimətdəki rolundan danışdı

1xeber.media xəbər verir ki, İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei ölkədəki qadın və qızların müharibə dövründə müqavimət fəaliyyətində mühüm rol oynadığını bildirib

Onun sözlərinə görə, iranlı qadınlar şəhər və kəndlərdə ictimai həyatda fəal iştirak edir, ölkəyə qarşı aparılan müharibə şəraitində cəbhə arxasında müqavimətə dəstək verirlər.

Xamenei qeyd edib ki, İran xalqına təzyiq göstərməyə və onu zəiflətməyə çalışan qüvvələr ölkədəki bu potensialı nəzərə almalıdırlar.
Ali rəhbər çıxışında tibb bacılarının fəaliyyətinə də toxunub. O, tibb işçilərini “mərhəmət mələkləri” adlandıraraq onların cəmiyyətə ümid verdiklərini və çətin şəraitdə mühüm xidmət göstərdiklərini vurğulayıb.