Ermənistan Baş naziri Nikol Paşinyanla Qırğızıstan Prezidenti Sadır Japarov İrəvanda keçirilən görüşdə Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də sabitlik və sülh məsələlərini müzakirə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə N.Paşinyan birgə brifinqdə bildirib.
Dövlətlər arasındakı münasibətlərin çoxillik tarixi dostluğa və qarşılıqlı hörmətə əsaslandığını qeyd edən hökumət başçısı əlaqələrə yeni məzmun qazandırmağın vacibliyini vurğulayıb:
"Əminəm ki, regional sülhün möhkəmləndirilməsi iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı üçün yeni imkanlar yaradır".