Вернуться назад Распечатать

Tramp kosmetikadan istifadə etdiyini etiraf etdi

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Corciya ştatında keçirilən mitinqdə dekorativ kosmetikadan istifadə etdiyini açıqlayıb.
“New York Post” nəşrinin məlumatına görə, Tramp kosmetikanı vizajistin köməyi olmadan özü tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, məqsəd üzünün həddindən artıq solğun görünməsinin qarşısını almaqdır.
ABŞ prezidentinin bu açıqlaması mitinq zamanı səsləndirdiyi fikirlərdən biri olub.
Qeyd edək ki, Tramp daha əvvəl Rusiyaya qarşı nəzərdə tutulan yeni sanksiyalar paketinin bəzi müddəalarını tətbiq etməkdən imtina etməsi ilə də gündəmə gəlib. Həmin paket senator Lindsi Qrehemin adı ilə bağlı qanun layihəsində nəzərdə tutulan məhdudiyyətləri əhatə edir.