1xeber.media xəbər verir ki, Füzuli şəhərinə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, artıq 1100-dən çox sakin məşğulluq tədbirlərinə cəlb olunub.
Onlardan 1030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib.
Sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Daha 70 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Hazırda digər sakinlərin də məşğulluq imkanları qiymətləndirilir və onların uyğun proqramlara cəlb olunması istiqamətində iş aparılır.